Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,Leyliylə nə karın var, qoysun səni avarə”?
Eşq aləmi üşşaqə bir vadiyi-möhnətdir,Fərhadı salıb dağə, Mənsuri çəkib darə.
Payani-qəmi-eşqi təfsirə nə hacət var,Gör bir necə pərvanə şövq ilə yanır narə?
Dünya o qədər Leyli, Məcnun yetiribdir ki,Saysan nə qədər göydə var sabiti-səyyarə.
Hər lalərüx eşqində öz bağrını qan etmə,Hər dərdi çəkər bülbül, gül qismət olar xarə.
Bimehr gözəllərdən aləmdə vəfa umma,Meylin salacaq bunlar axır yenə əğyarə.
Vahid! Biz ölüb getdik mehr ilə, məhəbbətlə,Dünya dönəcək bir gün bir səhneyi-gülzarə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-mecnuna-deyen-yoxdur-ey-asiqi-bicare
Use ← → keys to move, R for a random poem
More by this author
Ey Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!
Fırıldaqçı qalıbdırDərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Qoşulub molla Həsən bir keşişəMən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə,Qoşulub molla Həsən saqqalı top bir keşişə.
Qışa hazırlıqKeçən il bir gəmi təmirə gəlibdir zavoda,Düşməyibdir hələ də bir ilin ərzində “xod”a.
Poems by other poets · Love
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
هر تیر که آن ترک سبک سایه زندبر سینه عاشقان بی مایه زند
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylərMəni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.