Hacı Nemət kişi
Gözlərin aydın olsun, ay Hacı Nemət kişi!Sən daha bundan belə eyləmə xiffət, kişi!
Düşməyəcəksən, inan, bir daha yoxsulluğa,Çıxardı tale səni dar günündə bolluğa.Eşitdim oğlun girib koprativdə qulluğa,Aç cibinin ağzını, eyləmə qəflət, kişi!Gözlərin aydın olsun, ay Hacı Nemət kişi!
Getdiyin Məkkə haqqı, gen-bol olar daşbaşın,Müftədi bundan belə evdə aşın, bozbaşın.Həm sən özün yeyərsən, həm də qohum-qardaşın.Ölüncə heç bir şeyə qalmazsan həsrət, kişi!Gözlərin aydın olsun, ay Hacı Nemət kişi!
Köhnə bir alverçisən, girmisən dondan-dona,Oğurluğun, bicliyin fəndini öyrət ona,Fürsəti fövt eyləmə, qoyma bu gündən sona,Gərçi qəbul etməsə döy, elə töhmət, kişi!Gözlərin aydın olsun, ay Hacı Nemət kişi!
Bax, səni aldatmasın bu küçə baqqalları,Yığ Quba meydanından bir yerə dəllalları,Sat birə-beş qiymətə gizlədiyin malları.Boş yerə öz ruhuna vermə əziyyət, kişi!Gözlərin aydın olsun, ay Hacı Nemət kişi!
Bu sirri xalq içində salma, amandır, səsə,Şayəd üstü açılsa, bəlli olsa bir kəsə;Fikr eləmə, salınsa beş-altı il məhbəsə,Bir az da bu işdə ver sən ona cürət, kişi!Xalq oxuyar namına öləndə rəhmət, kişi!Saqqalı qıpqırmızı, baməzə söhbət kişi!
Ay Hacı Nemət kişi,Eyləmə qəflət kişi!Arifə bir işarəEdər kifayət, kişi!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-haci-nemet-kisi
Use ← → keys to move, R for a random poem
More by this author
Ruxun göstərsə ol məhvəş əgər ziri-niqabindən,Yəqin ki, döndərər üz göydə fələk öz afitabindən.
Ey zülm evi, tez məhv olacaqsan təməlindənEy zülm evi, tez məhv olacaqsan təməlindən,Övladi-bəşər qurtaracaq qanlı əlindən.
Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindənEtməm, gözəlim, kimsəyə bir şikvə qəmindən,Yansam da, yaxılsam da tükənməz sitəmindən.
Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.
Poems by other poets · Satire
Deyirdik bir zəmanlar biz kəmali-fəxrü hümmətlə:"Cəhangiranə bir dövlət çıxardıq bir əşirətdən!"
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
NağılBir gün var idi, bir gün yox idi,Allahdan başqa heç kəs yox idi.
Bədbəxt adamaDərdə bax, yalnız özündən razısan, bədbəxt adam,Zənn edirsən, millətin avazısan, bədbəxt adam.