Təqdir edəlim!
Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,Bakının “Nəşri-maarif” kimi cəmiyyətini,Millət uğrunda onun çəkdiyi çox zəhmətini,Barəkallah, necə xoşbəxt eləmiş millətini,Bir ağızdan bağırıb onları təqdir edəlim!Qəzətə, jurnala min fəxr ilə təhrir edəlim!
Nə qədər məktəb edibdir azacıq vaxta güşad,Xidmət etmiş, nə deyim, türk dilinə xeyli ziyad.Açdığı darülmüəllim yetirir min ustad,Gərək əcdadımızın ruhu da olsun dilşad –Ki, qoyub getdi bizim kimi çalışqan evlad,Borcumuzdur ki, o cəmiyyəti təqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!
Gör kitabla dolu məccani kitabxanələri,Tikilib vəqf olunmuş neçə viranələri,Qəzetin azdı sayından darının danələri,İş görür millətin aqilləri, fərzanələri,Yaraşır atəşi-həsrət yaxa biganələri,Gəliz, ey millət, o cəmiyyəti təqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!
Bang vardır, Bakı cəmiyyətinin milyonu var,Tək deyil, qeyri şəhərlərdə də bundan onu var,Bizə nə xərcləməyir, xərcləməyin də donu var,Yoxsa xidmətlərinin nə başı var, nə sonu var,İştə təqdim edəlim, hər kəsin əla xunu var.Bir ağızdan bağırıb onları təqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!
Həm Şamaxının “Üxüvvət” deyə bir məktəbi var,Necə məktəb? Nə “Üxüvvət?” neçə də mərkəbi var!Məktəbin yoxsa pulu, pulluların mətləbi var,A canım, hər kəsənin bir dini, bir məzhəbi var,Neçə min üzvü, iki sədri, beş-on məkrəbi var,Gəliz ol “məktəbi”, ol “məzhəbi” təqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!
Qaldı bir mətləb, “jurnal”, onu təfhim etmiş,“Professor” rəşidin şəklini tərsim etmiş,Göstərib xidmətini aləmə təqdim etmiş.Rus dilində bizə islamlığı təlim etmiş?Bu sayaq xidməti öz millətinə kim etmiş?Rəşidin yazdığı asarını təqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!
Sayəsində rəşidin öz dilimiz qurtulacaq,Ay can, evladlarımız hülhülü məzhəb olacaq,“Professor” rəşidin cibləri pulla dolacaq,Gər müsəlman tapıla saqqalını həp yolacaq,..............................Gərək ol fazili, ol alimitəqdir edəlim!Qəzetə, jurnala min fəxr ilə təhrir edəlim!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-teqdir-edelim
Use ← → keys to move, R for a random poem
More by this author
Kars və Ərdəhandan qaçıb qurtarmış bir dəstə ac-yalavac, çıl-çılpaq arvad-uşaqlar Tiflisdə müsəlmanlar məhəlləsinin küçələrində səfilsərgərdan qalmışdılar. O cümlədən beli bükülmüş ağsaqqal Həmid adlı bir kişi, qoca bir arvad ilə küçənin bir tərəfində, quru torpaq üstündə oturub on beş yaşında xəstə bir oğlan uşağının başını dizi üstünə almışdı. Qoca arvad daima xəstə çocuğun üzünə baxarkən gözlərindən axan qanlı, odlu yaşı başındakı yırtıq köhnə şal ilə silirdi.Xəstə çocuq bənizi saralmış, qızdırmadan ləhləyirdi. Tez-tez kəsik-kəsik nəfəs alırkən çox-çox öskürürdü. Dodaqları quruyub, üzünün qənələri incəlmişdi. Bihuşluq halında düşmüş xəstə titrək, zəif səslə:
Qaragünlü HəliməQış fəsli idi. Təqribən gecəyarısından dörd saat keçmişdi. Dağların, qayaların zirvələri zəif, sönük bir işıqla ağarmışdı. Günəş hənuz tülu etməmişdi. Hava qayətdə soyuq idi. Yalçın qayaların, yüksək dağların üzərində tərakim etmiş qar komaları və buz parçaları əcəb qəribə surətlər təşkil etmişdi. Şiddətli əsən soyuq külək ağacların qurumuş budaqlarına, qayaların buzlu yarğanlarına çarpdıqca vahiməli səslər törədirdi. Neçə gündən bəri arasıkəsilmədən eşidilməkdə olan top gurultuları bir az yavaşımışdı. Get-gedə hava işıqlanıb günəş ziyasının müqəddimətilceyşi ətrafdakı dağların zirvələrində nümayan oldu. Bu heyndə Bayburt şəhərinin içərisinə bir hövlnak çaxnaşma düşdü. Bu vəhşət qalanın təslim ediləcəyi xəbərindən nəşət etmişdi. Əhali sərasimə əlinə gələni götürüb qaçışırdılar. Bəşər balaları qoyun-quzu kimi mələşərkən çöllərə dağılmaqda idi. Qohum-qonşuları, heç kəs, heç kimsənin yadına düşmürdü. Hər kəs öz canının qeydində, hər kəs öz başının harayında idi. Anbarlara, tayalara od vurulmuşdu. Şiddətli küləyin zərbəsindən yanğın anbaan artmaqda idi. Bir neçə saat ara vermiş top atəşi yenidən fəaliyyətə başlamışdı. Peydərpey atılan top qumbaralarının düşüb partlamasından hər tərəfdə bir atəş tufanı vücuda gəlmişdi. Bir az fasilədə şəhər bom boş boşaldı. Getməyə qüdrəti olanlar təmamən qaçıb dağıldılar. Yalnız bəstəri-ehtizarda bulunan yetmiş yaşlı Hacı Nuru kişinin əyalı Həlimə kəsrəti-hüzn və kədərindən çıldırmaq dərəcəsinə gəlmiş ikən əzizliklə böyütdüyü balalarını xilas etməyi düşünürdü. Ancaq ağlına bir şey gəldi: belə ki, qorxudan titrəyib dili tutulmuş, çığırışan on yaşlı Zeynəb adı qızının və altı yaşlı Əhməd adlı oğlunun əlindən tutub evlərinin zirzəmisinə apardı. Sonra oranın döşəməsi üzrə təbiyə edilmiş bir taxta qapını qaldırıb titrək bir səda ilə: “Burası pək əski bir lağımdır, mədxəli bura isə, məxrəci məmləkətimizin içərisindədir. Allaha əmanət olasınız, balalarım, bu yol ilə gediniz, hər halda bir tərəfə səlamət çıxarsınız ümid edirəm” – deyə Həlimə geri döndü.Zavallı çocuqlar qorxudan nə lağımın içərisinə girməyə, nə də analarının yanına qayıtmağa cürət edirdilər. Cansız bədən kimi hərəkətsiz qalmışdılar.
Yol verin!Qaçın, qaçın, yol verin, atlandı Nasirəlmülk!Avropadan Tehrana, yollandı Nasirəlmülk!
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Poems by other poets · Homeland
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
BalabançıMən heç öz dərdimi çəkə bilmirəm,Dolanır zamana çaş, balabançı.