Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən
Qəzəl xalq şairi Səməd Vurğuna həsr olunmuşdur
Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən,Bir dəfə şikayət sözü çıxmaz dilimizdən.
Qəsd etsə həsədlə bizi məhv etməyə zalim,Keçməz bizim ərbabi-qələm qatilimizdən.
Tufani-bəla gəlsə də, qorxan deyilik biz,Dağlar belə sədd olsa, qaçar sahilimizdən.
Baxma bizə min naz ilə, səyyadlərik biz,Yüz gözləri ahu qaça bilməz əlimizdən.
Xaki-dəri-meyxanədə dəfn et bizi, saqi,Min kuzə çıxar torpağımızdan, gilimizdən.
Vahid, biz o nəxlik ki, bu gülzari-cahanda,Övladi-vətən zövq alacaq hasilimizdən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yuz-defe-cefa-gelse-bize-sevgilimizden
Use ← → keys to move, R for a random poem
More by this author
Ey tökən naz ilə qanım, həzər et qanimdən,Tökmə qanımı, sakın ah ilə əfqanimdən.
Günahım olsa da, çox razıyam ilahimdənGünahım olsa da, çox razıyam ilahimdən,Keçər, ümid edirəm, aqibət günahimdən.
El düşdü bütün heyrətə divanəliyimdənEl düşdü bütün heyrətə divanəliyimdən,Sirrin demədim bir kəsə mərdanəliyimdən.
Sən zülfünü aç, tök üzünə, şanəsi məndənSən zülfünü aç, tök üzünə, şanəsi məndən,Zənciri nişan ver mənə, divanəsi məndən.
Poems by other poets · Love
Bir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.
Dün o gözəllərdəDün o gözlərdə inliyən sevgi,O baxışlarda titrəyən xülya,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.