Dün o gözlərdə inliyən sevgi,O baxışlarda titrəyən xülya,Gülüşündən uçan səmimiyyətVarlığından gülümsəyən sevdaRuhi sar-sar əsirin eylərdi.Utanıb dün çiçək kibi qızaran,Şu yanaqlar bəharə bənzərdi.

Gül dodaqlar əsər, susar, utanar,Gözlərin bildirirdi hər dərdi.Həm də pək şairanə söylərdiTellərindən öpüncə aydınlıq.Ləblərindən gülümsüyürdü həyatO zaman bən sənin əsirin idim,Çünki məsum idin, fəqət heyhat!

Şimdi hər şey havaya savruldu,Böyüdün, bir qədər də oldun şən.Dillə “sevdim” diyorsan imdi, fəqət,Dinməmiş gözlərindən anladığım...Eşq yox, zövq yox, yetər! Get, Get!..Nerdədir gördüyüm səmimiyyət,Niyə yavrum riyayə çevrildi?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love