Töküb qanım, rəvan qeyb oldu ol sərvi-rəvan gözdən,Bu rövşəndir ki, qan tökcək olur mərdüm nihan gözdən.

Kəməndi-zülfünə bağlı çıxar qan cismi-zarimdən,Kənar olduqca hər ləhzə o yari-mehriban gözdən.

Gözümdə tifltək oynar xəyali-çeşmi-məxmuri,Basıb bağrına mərdüm qoymaz ani bir zaman gözdən.

Təki min ox, rizayəm, sinəmə peyvəstə sancılsın,Məni ta salmısan ol dilbəri-əbri-kəman gözdən.

Əgər bir dəfə bağ içrə bu qamətlə xuram etsən,Salar ta həşrədək öz sərvi-nazın bağiban gözdən.

Eşitdim, qeyrlə ol laləüzlüm seyri-bağ etmiş,Xudaya, saxla sən ol mahi-bimehri yaman gözdən.

Necə sərməst ikən, Vahid, çıxım meyxanədən huşyar?Məni bir ləhzə qoymaz bəzmdə piri-muğan gözdən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love