Olmuşam, ey gül, cəmalın şəminə pərvanə mən
Olmuşam, ey gül, cəmalın şəminə pərvanə mən,Eşq tərkin qılmaram od içrə yanə-yanə mən.
Çox xəyali-zülf ilə Məcnun olanlar görmüşəm,Görmədim aləmdə öz könlüm kimi divanə mən.
Qəmzə peykanın diriq etmə dili-üşşaqdən,Sinəmi qıllam hədəf ol naviki-müjganə mən.
Bilmədim, biganələr, ey gül, nə sehr etmiş sənə,Düşmüşəm gözdən yanında, olmuşam biganə mən.
Şişətək sınmış, eşitdim, xatirin məndən, gülüm!Söylədim, gəzmə rəqibimlə sənə ərkyanə mən.
Yar ilə olsam əgər bir guşeyi-viranədə,Kafərəm, versəm o bəzmi rövzeyi-rizvanə mən.
Könlümü sən zülf ilə, mən ahim ilə, sevgilim,Dartırıq divanətək bir yanə sən, bir yanə mən.
Nazənin, gülüzlü cananlardır eşqin ləzzəti,Neyləyim, bəs gəlməyim bülbül kimi əfğanə mən?
Dilgüşa məhparələr zülfündən açsam könlümü,Vermərəm, Vahid, o güldən başqa bir cananə mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-olmusam-ey-gul-cemalin-semine-pervane-men
Use ← → keys to move, R for a random poem
More by this author
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımızYarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Təngdir qönçə dəhanın, gec gəlir avazə sözTəngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Dün gecə açdı nigarım üzünü ay kimiDün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.