İnanmışam, gözəlim, xalq içində bir sənə mən,Zəmanə bülbülüyəm, aşiqəm o gülşənə mən.

Mən arifəm, bilirəm, sən nə bağçanın gülüsən,Əgərçi çoxdan əsirəm o zülfü süsənə mən.

Tamam bu aləmi gər çəksən imtahan daşına,Xəyalına gələrəm qəlbi saf çıxan yenə mən.

Alar qərarını əldən, inanma hər gözələ,Nə bir vəfası olur, qoy deyim bunu sənə mən.

İtirmə gəl bu kiçik şeri, Vahidin sözüdür,Özün də bir dənəsən, saxla yadda, bir dənə mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love