Yenə yetişdi əlim vəsli-yarə, eşq olsun
Yenə yetişdi əlim vəsli-yarə, eşq olsunKi, həsrət olmadım ol gülüzarə, eşq osun!
Xəzan zamanı keçib, bülbülüm, fəğan etmə,Qızıl çiçəklər açan novbaharə eşq olsun!
O gül ki, üzmüş idim, ondan öz ümid əlimi,O indi ətir verir laləzarə, eşq olsun!
O sevdiyim gözəlin, ah, o nazənin mələkinDünən camalını gördüm dübarə, eşq olsun!
Ayırmaq istər idi məndən ol nigarı fələkKi, düşmədim aləmi-intizarə, eşq olsun!
Çəkib kənarinə hər bülbül indi öz gülünü,Gül isə baxmayacaq bir də xarə, eşq olsun!
Bu qara gözlüləri bunca sevmişəm, Vahid,Nə yaxşı olmamışam bəxtiqarə, eşq olsun!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-yene-yetisdi-elim-vesli-yare-esq-olsun
Use ← → keys to move, R for a random poem
More by this author
Etdi fələk zülm ilə məndən cüda səni,Qıldı rəqib bəd sifətə aşina səni.
Sordumsa hər kəsdən, dedilər, bivəfa səniSordumsa hər kəsdən, dedilər, bivəfa səni,Neylim, həqiqi bilmiş idim aşina səni.
Əcəb gözəl yetirib gərdişi-zəmanə səniƏcəb gözəl yetirib gərdişi-zəmanə səni,Zəmanəmizdə sanır xəlqimiz yeganə səni.
Vəfalısan, gözəlim, çəkdim imtahanə səniVəfalısan, gözəlim, çəkdim imtahanə səni,Vəfadə tək yetirib gərdişi-zəmanə səni.
Poems by other poets · Love
Mus: Oqtay Kazıminindir*İl ötdü, ay keçdi,
Sevənlər oxusun, sevməyənlər yoxSevsən bil, sevginin çoxdur əzabıHünərin var, ona gətir sən tabı!
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*