Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib,Bütün əmmaməli meymunlara yoldaş gəlib.

Eyləmiş Culfa yoluyla neçə min hüri baqac,Rövzə yarmarkasına verməyə onlarla rəvac.Çox ucuz qiymət ilə eyləyəcəkdir hərrac,Bol görüb müştərisin etməyə daşbaş gəlib,Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib.

Olmuş “ənkəhtü vəzəvvəctü” dilində əzbər,Qız verir, siğə oxur, falə baxır şamü səhər.Oxuyur minbərin üstündə “Rəhab”ü “Şüştər”,“Şur” ilə etməyə arvadlara göz-qaş gəlib,Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib.

Açmış ol həzrəti şəhvət yenicə siğəxana,Mərhəba, böylə vücuda, beləcə rövzəxana.Çaşmayın müştərilər, getməyəsiz başqa yana,Adresin yaxşı bilin ki, təzə əyyaş gəlib,Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib.

Yaxşı huriləri var, qönçədəhən, qıssa tuman,Dikdaban tufli ayağında, üzündə kirşan.Hamı əntiqəfiruşdur, hamısı yaşda cavan,Eləsi var ki, hələ olmayıb on yaş, gəlib,Dinçilər, hazır olun, bir qoca ovbaş gəlib.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire