Verən yoxdur nigarimdən nişan, yarəb, nə bədbəxtəm!Dönübdür kövkəbi-bəxtim güman, yarəb, nə bədbəxtəm!

Həmişə kəc inad eylər mənimlə çərxi-kəcrəftar,Edib cövri-fələk qəddim kaman, yarəb, nə bədbəxtəm!

Fəqanü ahü naləmdən gəlib həmsayələr təngə,Gözüm yaşı zibəs olmuş rəvan, yarəb, nə bədbəxtəm!

Ənisü munisim nalə, könüldə möhnəti-hicran,Olub şamü səhər karim fəğan, yarəb, nə bədbəxtəm!

Təamım xuni-dil olmuş, ilahi, göz yaşım şərbət,Olubdur gülşəni-ömrüm xəzan, yarəb, nə bədbəxtəm!

Cahanda eyşü işrət etmədim kamımca yarimlə,Ürəkdə qaldı bu həsrət nihan, yarəb, nə bədbəxtəm!

Mərizi-bəstəri-eşqəm, yoxumdur, ah, dərmanım,Bədəndə qalmayıb tabu təvan, yarəb, nə bədbəxtəm!

Yetirdi ömrümü başa əbəs bihudə mövhumat,Görüm, viran ola, külli-cahan, yarəb, nə bədbəxtəm!

Təbibi-eşq sənsən, eşqdən Vahid olub xəstə,Olur hər an sənə dərdim əyan, yarəb, nə bədbəxtəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love