Vəhm qılmaz könül, ol həlqeyi-keysudə gəzər
Vəhm qılmaz könül, ol həlqeyi-keysudə gəzər,Gör nə Məcnundu ki, zəncirdə asudə gəzər.
Xuni-dil cari olur hicrdə göz yaşı ilə,Rəsmdir, fəsli-xəzan bərg düşüb cudə gəzər.
Vadiyi-hicrdə bir Leyli sorağında könülOlub avarə, cünun eşqinə aludə gəzər.
Dil kəminində durub, xalini zülf içrə görüb,Rəsmdir, oğru, gözüm, gecə qaranqudə gəzər.
Vurma məşşatə dəxi şanə o zülfi-siyəhə,Mürği-dil riştəbəriştə o siyəh mudə gəzər.
Göz yaşımda dolanır, hüsni-ruxin mövclənir,Afitab əksi düşüb, sanki gündüz sudə gəzər.
Dolanır ayineyi-qəlbdə mehri o məhin,Necə bir əks ki, Vahid, düşər güzgudə gəzər.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vehm-qilmaz-konul-ol-helqeyi-keysude-gezer
Use ← → keys to move, R for a random poem
More by this author
Dün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Səhvdir, müşk desəm türreyi-əmbər muyəSəhvdir, müşk desəm türreyi-əmbər muyə,Bu xətadır, səni nisbət qılayım ahuyə.
Bixəbərdir zahid ol kim, sərv qamətdən hənuzBixəbərdir zahid ol kim, sərv qamətdən hənuz,Vəsf edər aşiqlərə ruzi-qiyamətdən hənuz.
Gəldi “Babayi-Əmir...”Gəldi “Babayi-Əmir” işləri samanlasın,Fürsət ikən hər kişi öz işini anlasın.