Firqətindir, sənin, ey məh, gətirən canə məni
Firqətindir, sənin, ey məh, gətirən canə məni,Salan avarə cununtək bu biyabanə məni.
Ağlaram rahi-fəraqində sənin şamü səhər,Sənin eşqindir edən bilgilən divanə məni.
Rəhmə gəl, rəhm elə, incitmə məni, aşiqinəm,Öldürər, axırı bu təneyi-biganə məni.
Bənd olub mürği-dilim zülfi-siyahində sənin,Aldı aramimi gör, saldı nə hicranə məni!
Taqi-əbrulərinin səcdəsin etdikdə əcəbDəstirəs eylədi möcüz ilə imanə məni.
Vahida, etmə şikayət dəxi məhvəşlərdən,Tuş edən bəxtdir bu dərdi-fəravanə məni.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-firqetindir-senin-ey-meh-getiren-cane-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Olmaqdan isəXaru xəstək, sədəf içrə gövhər olmaqdan isə,Nökər ol aləmə kim, taci-sər olmaqdan isə.
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,
Əhsən, əhsən!Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
Poems by other poets · Love
Başına döndüyüm, ay mələkzada,Gözəllər içində növrəstə Güllər.
Qurban olduğumBilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.