Ləbindən aşiqə olsaydı istifadə yeri,Qədəhdə qanə dönüb qalmaz idi badə yeri.

Diyari-eşqə, könül, laübali qoyma qədəm,Bü barigahə gedərkən bir etiqadə yeri.

İradəsizlərə yer yoxdur eşq mülkündə!Xoşa o aşiqə var onda bir iradə yeri.

Şərab məclisinə qoymayın gələndə rəqib,Deyil bu guşeyi-cənnət həramzadə yeri.

Sənin gözəlliyinin acizəm ifadəsinə,Mələkdən özgə sənə tapmadım ifadə yeri.

Təkəbbür əhlini eşq içrə istəməz canan,Təriqi-eşqə, könül, daima fitadə yeri.

Diyari-eşqdə, Vahid, hamı bərabərdir,Bilinməz orda gəda ilə şahzadə yeri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love