Ələkbər Tağıyev bəstələmişdir

Ay sevgilim, çağır məni,gəlim sizə qonaq olum.Əsim səhər mehi kimi,saçında daraq olum.

Sevgilim, küsmə gəl,de, bir nədir günahım?Ümidimi üzmə gəl,təkcə sənsən pənahım.

Sevgilim, sevirəm,sənsən qanadım mənim.Sevgilim, sevirəm,sənsən həyatım mənim.

Qələm olsam, varağım ol,susuz olsam, bulağım ol.Sən evim ol, otağım ol,mən yanan çırağın olum.

Sevgilim, küsmə gəl,de, bir nədir günahım?Ümidimi üzmə gəl,təkcə sənsən pənahım,Sevgilim, sevirəm,Sənsən qanadım mənim.Sevgilim, sevirəm,sənsən həyatım mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love