Ələkbər Tağıyev bəstələmişdir

Mən bilirəm xatirinə dəyiblər,unut, mənim xatirimə gəl bir az.İşdə sənə nə deyiblər, deyiblər,evə gəldin, danış bir az, gül bir az.

Bu dünyanın nadanı var nə qədər!Ürəyində nə qəm olsun, nə kədər.Torpaqdan da az tapılır incilər;qızıl bir az, almaz bir az, ləl bir az.

Söz var, desən köçürülər, yazılar,söz var yaxşı, söz var yaman yozular.Ürəyimiz yaralanar, pozularöz sözünü bilməyəndə dil bir az.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets