Məndən yaman rahatdılar
Soyuq sökür kürəyimi,ağrı didir ürəyimi.Yatıram, buz xörəyimiqızdırıb gətirən yoxdu.
Evdə özüm, çöldə özüm,təkliyə öyrənib gözüm.Andıra qal, belə dözüm,üzümə bir gülən yoxdu.
Hərdən Gülüş yada salır,hərdən Xətiş xəbər alır.Hərdən Nazim bir zəng çalır,– Gələn varmı?– Gələn yoxdu.
Soruşmağa babatdılar,Şükür, sağ-salamatdılar.Məndən yaman rahatdılar,hələ ki, bir ölən yoxdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-menden-yaman-rahatdilar
Use ← → keys to move, R for a random poem
More by this author
Heykəli önündə donub qaldım mən,hirsimdən beynimə sıçradı qanım.
Vaxt gəlirDilimi susdurub dillər tökürsən;yorulmur, maşallah, səndə çənə var.
“Qələm yoldaşıma”Danışırsan nə mehriban-mehriban,iki suyun arasında qalmışam.
SınmaSən uca boyunu şax tut, şax dayan,dost var, dost yanında düşmən var qərəz.