Şaxta kəsir, qar çırpılır üzüməNəfəsimlə isidirəm əlimi.Ümid verib “döz” deyirəm özüməXəyalımda dəyişirəm aləmi.

Şaxta kəsir, mən baharı anıram,Açılası güllər düşür yadıma.Dayanmışam qar altında, donuram,Gül ətirli güllər düşür yadıma.

Ürəyimin içinə də qar düşürİndi mənim yaxam, başım bağlanır.Cavanlar var kəlçə kimi yer eşir,Qar altında samovar tək buğlanır.

Təki olsun, mən demirəm “ay aman,Məni yaman günə qoydun, ey fələk”!Mən də elə cavan idim bir zaman,İndi belə üşüyürəm, neyləyək?

Canım yoxdu, xəyalım var nə yaxşı,Ümidimin istisinə qızındım.Yoxsa yaza çıxmaz idim bu qışı,Özüm satdım, özüm aldım, qazandım.

Bilirəm ki, ömür, tale, yazı var,Hava dolmuş yüngül şardı xəyalım.Nə yaxşı ki, hər qışın bir yazı var,Yoxsa nədən yapışardı xəyalım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring