Dağlar göylərlə daban-dabanaAyaqyalın küləklər zirvələrdə“Qovma-qaç” oynayır.Günəşin telləri zirvədə sınır,Qızıl qırıntısı tək ələnirdərənin qaranlığına.Qayalarda zaman iziqarış-qarış, çopur-çopur,Çovğun qamçılayanda, hər qayadanmin nalə qopur.Qranit qayalarda haray salırİnsan gözləri, insan baxışları,insan əlləri.Qranit qayalarda əsirdir –Naməlum qəhrəmanlarınhələ yonulmamış heykəlləri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets