Arazüstə diyarımın,“Şərur” adlı elindəyəm.

Arpa çayı axıb keçir,Mən qayələr selindəyəm.

Naxçıvanın Şəruru var,Şərurun öz qüruru var.

Yağılara gərdi sinə,Hər qarışı keçilməzdi.

Əhsən dedi – Ağrı dağı,Şərur düşmənləri əzdi.

Naxçıvanın Şəruru var,Şərurun öz qüruru var.

Azərbaycan torpağının,Bərəkətli guşəsisən.

Şərqin polad qapısında,Azərimin gur səsisən.

Naxçıvanın Şəruru var,Şərurun öz qüruru var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland