Qələmim süngüyə çevril, süngüyə,Sancıl Qarabağda düşmən başına!Zəfər bayrağına dönüb bir səhər,Sancıl torpağına, sancıl daşına!

Bilirəm kövrəksən, elsevər, mətin,Sənə qisas almaq çətindir, çətin,Qeyrəti tapdanır ulu millətin,Tarixlər şahiddir qoca yaşına.

Yad əldə qalmışdır aranım, dağım,Yadlar tapdağıdır halal torpağım,Qələmim, səniydin, sən ol yarağım,Sınaqlar görmüşü bir daha sına!

Şuşam, Kəlbəcərim yad əldə qalmış,Əl-aman səsləri göyə ucalmış,Dağlarım düşməndən min-min bac almış,Verməz can sirrini, can sirdaşına.

Sərgərdan quzular yad eldə mələr,Nə çəkir yadlardan analar, nələr.Könül fəryadıdır qaçqın körpələr,Dağ istər, dözə bu həsrət yaşına.

Erməni nədir ki, ey ulu tanrım,Ona qismət ola sərvətim, varım,Bəlkə üz tutaraq, sənə yalvarım,Soyuq su qatasan isti aşına.

Bizə çəkdirəni qəsbkar çəkə,Qala boğazında bu yağlı tikə.Bəlkə sahibsizmiş bu böyük ölkə?Tarixlər hopmuşdur qan yaddaşına.

Dünyaya qalacaq dünyanın varı,Sən özün cilovla qudurğanları.Qov min-min sinədən boranı, qarı,Sən özün zəfər qat, zəfər marşına.

Düşmən arzusuna çatmazdan qabaq,Doydursun gözünü bu qara torpaq,Alışsın Şuşada sönmüş od-ocaq,Toplaşsın doğmalar ocaq başına.

Qələmim süngüyə, çevril süngüyə,Sancıl Qarabağda düşmən başına!Zəfər bayrağına dönüb, bir səhər,Sancıl torpağına, sancıl daşına!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland