O çinar boylular...
Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.Yetimlər gözümün, könlümün dağı,O tənha sonalar, sonamdır mənim.
Ölüm, yaxın düşmə igidlərimə,Öz halal yurdunu qoruyur onlar.Namərdə, nahaqqa, gəl vermə aman,Haqqın yolçusudur çinar boylular.
Ölüm, yaxın düşmə igidlərimə,Obalar, babalar istəyir bunu.Doğma Qarabağda, öz torpağında,Çəkmə sınaqlara Vətən oğlunu.
Beşmidir, onmudur, yüzmüdür düşmən?Yaxınlar, uzaqlar, siz danışın, siz!Neçə yad qoşunla vuruşur Vətən?A düzlər, a dağlar, siz danışın, siz!
Ölüm, yaxın düşmə igidlərimə,Tökülən qanlardan torpaq yorulmuş,Halal torpağımda düşmən əlilə,Ölümdən, zülümdən büsat qurulmuş.
Altı il odlara alışıb, yanan,Mənim torpağımdır, mənim Vətənim,Tanklardan, toplardan min yara alan,Qanla suvarılan, çölüm, çəmənim.
Ölüm, yaxın düşmə igidlərimə,Vaxtsız ölümlərə dözmə, a Tanrım!İşığa, nura dön, başları üstdə,O çinar boylular sərvətim, varım.
Ölüm, yaxın düşmə igidlərimə,Səndən bunu istər sönən od-ocaq,Gözü yolda qalan min-min ananın,Arxa, güman yeri onlardır ancaq.
Ölüm, yaxın düşmə igidlərimə,O çinar boylular balamdır mənim.Yetimlər gözümün, könlümün dağı,O tənha sonalar sonamdır mənim.O çinar boylular balamdır mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-o-cinar-boylular
Use ← → keys to move, R for a random poem
More by this author
Gəldin, darıxırdım, açıldı könlüm,Yenə də göylərdən ay baxanda gəl,
Nə tez unutdun məni...(Nəğmə)*Yadındamı, gözəl yar,
Könül bulanmaz imiş etibar olan yerdəKönül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
Oda yandırma, gülüm, sən yenə pərvanələriOda yandırma, gülüm, sən yenə pərvanələri,Yenə sövdalara salma dəli-divanələri.