Nə gözəldir uşaqlıq
Uşaqları qırdılar,Uşaqlığı qırdılar,Qırdılar Qarabağda...Nə gözəldi cavanlıq,Niyə oldu bir anlıq,Bir anlıq Qarabağda?Nə gözəldir təbiət,Nə gözəldir bu həyat.Nə gözəldir sülh-səfa,Nə gözəldir abadlıq.Kimin əliylə oldu,Kimin əmriylə artdı,Viranlıq Qarabağda?Nə gözəl günlər idi,Ata-analı günlər.Niyə oldu anasız,Niyə oldu atasız,Körpələr Qarabağda?Nələr oldu, gör nələr,Gör nələr, Qarabağda.Niyə qan dənizinə,Döndü yaşıl tarlalar?Niyə qan zəmisinəDöndü zümrüd tarlalar –Talalar Qarabağda?Niyə yoldu saçınıGəlinlər Qarabağda?Analar Qarabağda?Susduruldu sonalar,Əsir düşdü analarAnalar Qarabağda.Mənim qəm piyaləmə,Doldu acı göz yaşıSaçlarını gəlinlər,Yolanda Qarabağda...
Çiçək kimi körpələrSolanda Qarabağda.Nə gözəldi o günlər –Qarabağlı günlərim.O işıqlı günlərim,Üzü ağlı günlərim.Qarabağlı günlərim.Şirin-şərbət ağuya,Döndü bir səhər çağı...Bir də azad görəydim,Bir də abad görəydimO yamacı, o dağı.O gülşəni, o bağı.Vətənin zirvəsində,Dünyanın zirvəsində,Ömrümün zirvəsində,Lacivərdi tac kimi,Alışan Qarabağı.Ulduzlar karvanında,Sayrışan Qarabağı!Alışan Qarabağı!
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-ne-gozeldir-usaqliq
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Azadlıqdan dən vururlar neçə ildir,Aldadırıq özümüzü, özgələri…
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Bu millətə nə verdik ki?Bu millətə nə verdik ki?Kimsə qapdı ziyasını,
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.