“Varəncil” sovuşur, üzüm morlanır,Qara tut tökülür, bağda xarlanır.Xallı şamamalar tağında yanır.Sevgilim, gəl dolan bircə, bağları,Yolunu gözləyir Bilgəh bağları.

Günəş öz odunu çiləyir quma,Meynələr üzünü söykəyir quma.“Xəzri” salxımları bələyir quma,Sevgilim, gəl dolan bircə, bağları,Yolunu gözləyir Bilgəh bağları.

Qumu mirvaridi, şəfəqi zərdi,Mehi “gilavardır”, şehi Xəzərdir.Yazı da, yayı da, inan, gözəldir,Gəl gəzək əncirli cərgə bağları,Yolunu gözləyir Bilgəh bağları.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets