Qələmələr gümüşü,Yollar isə dolayı.Heç şey gözə dəyməyir.Bağ-bağatdan savayı.

Ağaclar cərgə-cərgə.Meyvəsi ulduz sanı.Almaların şah ətriMəst eləyir insanı.Dodağıma toxunurÇarpaz budaq alması.Ürəyimdən səs gəlir:Qubanın ağ alması!..

Qubada qızıl payızFəsillərin şahıdır.Üfüqdən keçən buludUlduzların ahıdır.Çünki, səyyarələr dəParıldamır bu qədər...– Gözəl qız, fikrə getmə,Səbəti al, alma dər.Bil ki, bu almadadır.Hər dərdin sağalması,Əllərin tək ağarır.Qubanın ağ alması.

Şair, baxma ağacaBir alma da qalmadı.Yanağından boylananOndan da şux almadı.Qızıl ala rəngi var,Ah, necə də qoşadır,Qaşların da budaq təkÇatılıb, baş-başadır.Qız, “yox”.. demək istədi.Dedim: – Dinlə, qadası,Zəhmətinin barıdırQubanın ağ alması!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets