İntizar
Şiş dağların arxasındaGünəş batır, sevgilim.Göy budaqlar arasında,Quşlar yatır, sevgilim.
Yuxum qaçmış, kirpiklərimQovuşmayır gecələr.Demə səni vurğun qəlbim,Soruşmayır gecələr.
Ulduzların sanı qədər,Səni yada salıram.Evinizin qabağındaSübhə kimi qalıram.
Səhər mehi pəncərənəQanad çalan anda mən,Camalına ilk pərvanə,Oluram cahanda mən.
Qara gözlüm, şər qarışır,Axşam düşür, gəl barı,Vüsalla çiçək açsın,Eşqimizin baharı.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-intizar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Seyr elədim İstambulun elini,Qədəm basıb İsfahana gedirəm.
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.
Bu eşq şair xəyalıymışNə dostdan bir xəbər gəldi,Deyəm əhdə vəfalıymış.
GəzirBilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.