Yaşıl yarpaqlara xal düşdü yenə,Yaşıl yarpaqların növrağı getdi.Yarpaqlar bir nağıl danışdı mənə,O nağılı əsən küləklər ötdü.

Eşitdi qayalar, eşitdi dağlar,Payızın qızılı nağıllarını.Şərbətə döndərdi bağçalar, bağlarTorpağa yazılı nağıllarını.

Nizamlı, nizamsız düşsə də ancaqYerdə bir ahənglə dindi yarpaqlar.Sinədəftərini bir-bir açaraqÖmründən, günündən dedi yarpaqlar.

Elə bir ömür ki, əmib kökünüBudaqlarda yaşıl ələ döndülər.İlıq bahar günü, isti yay günüGələnə, gedənə nəğmə dedilər.

Elə bir ömür ki, başsız küləklərOnun vüqarını poza bilmədi.Elə bir ömür ki, çaxan şimşəklərOna ölüm hökmü yaza bilmədi.

Elə bir ömür ki, bu xəzan çağıOnunçün ötəri bir haldı ancaq.Yaz mehi öpəndə daşı, torpağıYenə budaqlarda sıralanacaq.

Hərə bir cür yozdu bu ömrü, günü,Adamlar özü də başqa-başqadır.Adam var bir dağın böyüklüyünüGörsə də, söylədi təpə yaxşıdır.

Dərk edə bilmədi o əzəməti,Dağın zirvəsinə qalxa bilmədi.O meyar tutmadı əsl qiyməti,Məncə elə təpə yaxşıdır, dedi.

Fəqət qiymətində arif olan daQəlbini meyara döndərən də var.Ədalət yolunda, haqqın yolundaSabitqədəm olmuş əsl insanlar!

Zaman da hökmünü dəyişməz olub,Çaya, çay deyibdir, dənizə, dəniz.Neçə yol yer üzü boşalıb, dolub,İllər də ötməyib səssiz, səmirsiz.

Dağ öz vüqarında qalıb, qalacaq,Təpə, təpə kimi görünəcəkdir.Hər bahar bir təzə doğum olacaq,Budaqlar yaşıla bürünəcəkdir.

Hərə bir cür baxır bu ömrə, günə,Mənimsə qəlbimdə başqadır aləm.Həyatın, insanın ölməzliyinəİnanıb həmişə nəğmə demişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring