Baharın tər nəfəsindəGüllər xoş gəldi, xoş gəldi.Coşub, daşmaq həvəsindəSellər xoş gəldi, xoş gəldi.

Yaşıllandı biçənəklər,Qanadlandı kəpənəklər.Dalğalandıqca çiçəklərÇöllər xoş gəldi, xoş gəldi.

Dağlar doğma, dağlar uca,Köç elədi cavan, qoca...Köç yığıb köç aça-açaEllər xoş gəldi, xoş gəldi...

Ayna kimi par-par yandıElə sandım sular yandı.Şəfəqlərdən naxışlandı,Göllər xoş gəldi, xoş gəldi...

Obalardan keçə-keçə,Quşlar ötdü incə-incə,Gün keçdikcə, ay keçdikcəİllər xoş gəldi, xoş gəldi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring