Qumar onun qumarıdır
Nə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,Mənim evimdə qar yağır, bahar onun baharıdır.
Xuda mənim məkanımı yazıb dəniz kənarına,Nədəndi boş sular mənim kənar onun kənarıdır.
Əkil odur, bəkil odur, şəkil odur, vəkil odur,Əlil mənəm, zəlil mənəm ssenar onun ssenarıdır.
Yuxumda gördüm ölmüşəm, qəbir də ki, "platnı"du,Pul olmadı girim yerə, bazar onun bazarıdır.
Pıçıldayıb Səbayeli, qulağma gizli söz dedi,İmam gəlincə döz dedi diyar onun diyarıdır.
Qarabağım üzük qaşı, üzük-üzük olub daşı,Oyun böyükdü biz naşı, qumar onun qumarıdır.
Dili qübarlı bir ana, dəvaya gəldi vermədin,Anan qübardan ölsə bil, qübar onun qubarıdır.
Alıb Baba tüfəngini, atır sözün qəşəngini,Dəyib qaçırtsa rəngini, şikar onun şikarıdır.
15 yanvar, 2002
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-qumar-onun-qumaridir
Use ← → keys to move, R for a random poem
More by this author
Hacı MailəŞüəra məclisinin nur saçan tacı hacı,
Xəbərin yoxdu sənin?!Dağılır cismdə bu can, xəbərin yoxdu sənin,Sağılır Azərbaycan, xəbərin yoxdu sənin.
Heçdən təki, əladı ki...Ayda üç şirvan idi, artmış iki, əladı ki,Get-gedə dövlət seçir, tükdən tükü, əladı ki.
Nəyi var «ney»indəHər eşilən ip qutarır düyündə,Kim düyünü açdı, gedir çiyində.