Ayda üç şirvan idi, artmış iki, əladı ki,Get-gedə dövlət seçir, tükdən tükü, əladı ki.

Al, bu beş şirvanə ağ, sal boynuna, göm torpağa,Orda mütləqdir görərsən, gordakı əladı ki.

Gəz, səhərdən axşamacan, bir ucuz ərzaq üçün,Hər kiloda yüz qram vursun çəki, əladı ki.

Ağlamaqçün bir qoşa yaylıq götür, gəl Baküyə,Gülmək üçün bü güzərana Şəki əladı ki.

Yerdəkiyçün kimsə göydən əl açıb, rəşm istəmir,Göydəki zənn eyləyir ki, yerdəki əladı ki.

Qəfil oldun, ey hərif, şeşxanəni mən tutmuşam,Aldanan qafillərin, əldən yeki əladı ki.

Tək səbirdən hey şikayət eyləyirsən, çox nahaq,Yox yerindən, ay kasıb, heçdən təki əladı ki.

Çıxma, nə yüksəklərə, Pünhan, nə düş alçaqlara,Böylə bir dövranda alçaqdan diki, əaldı ki.

23 aprel 1996. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland