Nə müddətdi cəlay-vətən olmuşam,Baş götürüb Gəncə deyib gedirəm.Qəvvas kimi dəryalara dalmışam,Eşqə düşüb onca deyib gedirəm.

Sevgili sevgini könülnən tuta,Sidqini bağlaya eynəlyaquta,Şahlar şahı özü veribdi buta,Baş götürüb onca deyib gedirəm.

Qurbani tab etsin bu dərdə necə?Qərarım kəsilib gündüz, həm gecə,Bir gözəl sevmişəm hamıdan incə,Baş götürüb İncə deyib gedirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love