Gəlim, gəlməyim?
Bir yanı yandır, belə bir yanə gəlim, gəlməyim?Yaz mənə bir Azərbaycanə gəlim, gəlməyim?
Söz gəzir hər yanda ki, meydan sulayır iqtidar,Bir suyu məndədi, bu meydanə gəlim, gəlməyim?
Burdakı şeytanın əlindən de, şikayətlərə,Milli geyimlərdəki şeytanə gəlim, gəlməyim?
Bəlkə bu qürbətdə sürüm ömrümü, sadiq qalım,Buş ilə Kullintona, Reyqanə gəlim, gəlməyim?
«Az Tələ Şirkət» sizə şampun köpüyün göstərir,Şampunu qurtarsa, bu ekranə gəlim, gəlməyim?
Möcüzi-Quran gələcək, dövrə qiyamət günü,Mən təzə İslam ilə Quranə gəlim, gəlməyim?
Doğma vətəndən bura zor ilə qovublar məni,Qalmışam əvvarə de Pünhanə gəlim, gəlməyim?
14 iyul 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-gelim-gelmeyim
Use ← → keys to move, R for a random poem
More by this author
Sən, ey imkan sahibi, bir paçkə «şirvan kəsginən»,Alginən üç-dörd qoyun, bayramda qurban kəsginən.
Ünvanı, o ünvan deyilYüksələn alçaqların yüksəlməsi nöqsan deyil,Xisləti alçaq olan, alçaqlığa peşman deyil.
Gəz istiqamətindəTutub yolun hər insan – öz istiqamətində,Həris dolayı, məzlum – düz istiqamətində.
Qır qazanındaBir gün yanacaqsan fələyin «qır qazanında»,Heç çıxmayacaq zərrəcə cınqır, qazanında.