Hər eşilən ip qutarır düyündə,Kim düyünü açdı, gedir çiyində.

Girmə, qarışma bu düyün işlərə,Yoxsul adamsan, keç otur öyündə.

Kim gözünü böylə göyərdib sənin,Qan izi gördüm gözünün göyündə.

Çin qızının söylədiyi növcavan,Mau-Dze-Dunun sarı köynəyində.

Dəlləyimiz hər cürə qırxır bizi,Tük dəvədə, pul dəvə dəlləyində.

Ney səsinə gürzə ilan oynayır,Sirrini bilmir nəyi var neyində,

Bəyquşa Pünhan neçə bel bağlasın?Gərçi onun bir quşu var bəyində.

8 sentyabr 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets