Arpanı aş şəklində
Soxuruq burnumuzu hər yerə baş şəklində,Bu səbəbdən qalırıq axırı çaş şəklində.
Dənizə-neftə qalıbdır ümidimiz ancaq,Su ilə bağlı olan işdə ki, yaş şəklində.
Bu son illərdə çox uğurludur siyasətimiz,Yeyirik ləzzət ilə arpanı aş şəklində.
Vəziyyət olsa «uruscan» düşəcəkdir yəqin,Bizim olan Qarabaq tarixə «naş» şəklində.
Nə yaxşı ki, böyüyüm İngilis, amerkandır,Mənə eşşək deyir, amma ki, yavaş şəklində.
Bərabərik dinimizdə iki hökumət ilə,Bərabərik birisi ilə savaş şəklində.
Nə ər-arvad bilinir, həm nə bacıynan qardaş,Balaş Sevil kimi, Sevil də Balaş şəklində.
Nə əməldən çıxırıq göydə Xuda qeyd eləyir,Qayıdıb başımıza kopyası daş şəklində.
O zaman ki, Babanın qiyamətini haqq verər,Tökülər başına pullar da şabaş şəklində.
2 noyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-arpani-as-seklinde
Use ← → keys to move, R for a random poem
More by this author
Ruh verdi Xuda cismə, insan belə dirçəldi,Heç olmadı insanda, nöqsan belə dirçəldi.
Ayrapalan şəklindəDəyişir dövr zaman içrə yaman şəklində,Görürük indi badımcanı banan şəklində.
Üz asvaltdısındandırUduzmaq cürbəcürdür, bax, bizimki matdısındandır,Səbəbdir haqq piyada ağ yalanlar atdısındandır.
Nimdaş aparatnan gedirikDemə at yoxdu onunçün belə matnan gedirik,Qalxginən şahə bu il cəng elə atnan gedirik.