Uduzmaq cürbəcürdür, bax, bizimki matdısındandır,Səbəbdir haqq piyada ağ yalanlar atdısındandır.

Saatmız gah uruscan fırlanır, gahi amerkanca,İki əqrəb arasında bu xəlq it-batdısındandır.

Saatlar dal ola yaxud qabaq fərq eyləməz əsla,Kasıbçün sutkanın hər bir anı fəryaddısındandır.

Neçə ildir bu torpaqda ürək partlatdı haqsızlıq,Buna terror deyən yox, amma bu üçqatdısındadır.

Şəkillər görmüşəm vallah bir il keçsə solur rəngi,Vəkillər görmüşəm billah üzü asfaltdısındandır.

Nə evdə arvadından əl çəkir, həm nə Siranuşdan,Demə hər ehtimal üçün iki arvaddısındandır.

Vəhabi kimdi, İslam kim, bunu əla bilir Corc Buş,Bilir Vəhhab ənd Hempfer kimin ştatdısındandır.

Köçəryanə dedim nefti get al qərdeşdiyün rusdan,Dedi sizdən gələn gizlin nöyüt lap daddısındandır.

Zamanın Sahibi əqrəbləri taxtdan salar, Pünhan,O Sahib ki, Quranda həqq ilə isbatdısındandır.

23 oktyabr, 2001

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets