Atayam həm də Baba, həm babam Adəm babadır,Babanı sevdi oba, çün Baba aləm Babadır.

Özünün şərhi ilə abi-şoran əhlidir o,Sözünün zəhri ilə gürzəyə mərhəm Babadır.

Zarafatnan yoğurub xəmrini Allah Babanın,Xəmiri kündəyə gəlmir gözü çox nəm Babadır.

Onu zülmətlərə dəvət eləyin Xızr kimi,Alışıb haqq ilə yansın ki, o bir şəm Babadır.

Babanın ustulu daim qapı ağzında olub,Qapı ağzında da olsa, yeri möhkəm Babadır.

10 noyabr 1997, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love