Ac vətənin acı hacı
Hacı Mailə
Şüəra məclisinin nur saçan tacı hacı,Sənə bəzm əhli olub qardaş, oğul, bacı hacı.
Kim başından yekə söz desə məclisdə əgər,Bəs edər bir kərə baxsan ona qıyqacı hacı.
Ömrünün sayqacı olsaydı əlində, Babanın,Döndərərdi geri vallahi o sayqacı hacı.
Sənə var nisbəti əvvarə qalan Məcnunun,Mənə də nisbəti Hindistanın o Racı Hacı.
Dost edibdir iki hacıya məni çərxi-fələk,Birinə mail edib, o binirə möhtacı Hacı.
Məni dərd əymədi, torpağa uzandırdı tamam,Fələyin zülmü keçib adladı Həccaçı Hacı.
Sənə «göy» dolları verdi mənə də göy qutabı,Otu çöllərdədi, yoxdur nə unu, sacı hacı.
Bürcü – əqrəbdə doğuldum, hacı, mən də səni tək,Bəs nədən sən «şəkər» oldun mən isə acı hacı.
Deyirəm bürcümü bəlkə dəyişəm, bəxtim ola.Bu işə sövq eləyim Yusifi – Sərracı hacı.
Bu çətin dövrdə maşalla səni tox görürəm,Pünhanam, bircə mənəm ac vətənin acı hacı.
21 oktyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-ac-vetenin-aci-haci
Use ← → keys to move, R for a random poem
More by this author
Davam-dalaşım evdə bu ruzgara görəydi,Pal-paltara, həm də bu uşaqlara görəydi.
Budur ölsəm kəfənimElə bir kürsüdəyəm piylənir hər gün bədənim,Handa bir enli kresloya da yerləşmir enim.
Yoxdur çörək kiGərəksizlər gərək olmaz gərək ki,Gərəkdir ki, gərəksizlər görək ki.
Yerdən göyə qovlanmışıqBir şikarıq fənd ilə ovlanmışıq,Bir nigarıq söz ilə tovlanmışıq.
Poems by other poets · Fate
Sən çıx bu minbərdən doğrunu söylə,Yalvarma kimsəyə Tanrıdan başqa!
Bakı fəhlələrinəBu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
DayandıYenə gözlərimə nur ələnibdir,Yenə bu təbiət təzələnibdir.