Gərəksizlər gərək olmaz gərək ki,Gərəkdir ki, gərəksizlər görək ki.

Cəhənnəmdə qalanmaqda ocaqlar,Və cənnətdə maral gözlü mələk ki.

Ölərsən, gərçi sağ qalsan, acından,Acından ölməmək üçün ölək ki.

Kökündən bir zaman mütləq qopardar,Kələknən gəlmişi bir gün külək ki.

Dubinka sistemin çatlar başında,Bu sistemdən bezib göydə fələk ki.

Biabr olmamaqdan ötrü, Pünhan,Gərək ki, qarə torpağa girək ki.

23 iyun 1998. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland