İmkanına bir qoz
Ey çərxi-fələk, bir belə dövranına bir qoz,Şeytan oturan çərxi dəyirmanına bir qoz.
Bir qoz ala bilmirsə əgər bir qıza oğlan,Evlənməyə hazırlaşan oğlanına bir qoz.
Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz,Qozdandı fəqir üstünə, vicdanına bir qoz.
Vardı birisi, qaçdı, qozundan tozu qaldı.Vartansifət imiş o da, Vartanına bir qoz.
İmkanın əgər var kasıba, qaçqına əl tut,Tutmursan əgər bir belə imkanına bir qoz.
Yollarda kəsib qurbanı əl altdan əritdi,Bir böylə qoyun bəndənin ehsanına bir qoz.
Ey erməni, bir damcı, əgər qeyrətə gəlsək,Mütləq qoyarıq, şəhri İrəvanına bir qoz.
Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,Ellər deməsin, böylə qəzəlxanına bir qoz.
11 mart 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-imkanina-bir-qoz
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim qurum "mobil" nidü, əsası səsdü, qərdeşim,Dinəndə "NO"du bilginən, susanda "ÜES"dü qərdeşim.
BakıSentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.
Yüzlərlə cavanım yoxduNə qədər toxlar arasında doyanım yoxdu,Kasıbın doymağına zərrə kümanım yoxdu.
Yoğunlar arasındaİllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.
Poems by other poets · Fate
Təbib yox, cərrah yox, bulunmaz əlac,Sağalmaz, qurtarmaz, yara çətindi.
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
MənimQürbət eldə, yad məkanda qalmışam,Yoxdur bir yadına salanım mənim.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.