Yoğunlar arasında
İllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.
Bir vaxt vətən eşqiylə daim uçunan könlüm,İndi uçulub qalmış uçqunlar arasında.
Öz yazdığı qanunu öz xeyrinə pozmuş kəs,Axırda görər ismin pozğunlar arasında.
"Yoğunluğunuz" ta ki, ekranda əyan oldu,Nazik kimi görsəndiz yoğunlar arasında.
Çöllərdə çadırlar yox, çöllərdə qəbirlərdir,Onlar da itər bir gün çovğunlar arasında.
Bu, tazə seçilmişlər az sonra gəzər billah,Dünyaya, mala, mülkə vurğunlar arasında.
Ya rəbb, Hacı Pünhanın al yorğun olan canın,Yüngül elə yorğanın, yorğunlar arasında.
21 avqust, 2000
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-yogunlar-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Dövri-quldardan bu yana qul olanlar qul qalıb,Pullulardan pul qalıbdır, çullulardan çul qalıb.
Qaçqının sərgüzəştiNazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.
Kabab istər könülDüşmüşük bir dövrə ki, dövranə tab istər könül,Ağlamaqçün bir-iki yaylıq, bir də qab istər könül.
Şillə qiyamətəyçənNeynəyirsən, eylə qiyamətəycən,Ömr külüni iylə qiyamətəycən.
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,