Qaçqının sərgüzəşti
Nazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.
İllərlə çadırlarda ki, biz it günü sürdük,Bitlər, gənələr bir idi, birdən minə düşdü.
Murdar gənələr vəslimi hicrana çevirdi,Mən tövləyə ta nazlı nigarım hinə düşdü.
Bir yaxşı itim var idi xalis gənəliydi,Bilməm gənə məndən itə, itdən mənə düşdü.
Gəldim şəhərə dərdimi məclisdə deyim mən,Qovdu, gənə ta ki, vəkilin üstünə düşdü.
Hər yerdə şəhər əhli gəzib kef eləyirdi,Arsızları gördükcə fikir dərinə düşdü.
Vurdum gənəmi qoltuğa, Pünhan, yola düşdüm,Göz yaşlarımın gildiri, tindən-tinə düşdü.
15 iyul 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-qacqinin-serguzesti
Use ← → keys to move, R for a random poem
More by this author
Sənk yu, yevropian ünvanımızçün sənk yu,Bay ze taym tas yevro qanımızçün, sənk yu.
Bu vəhabi lənətullaİmama qoyub qadağa, bu vəhabi lənətulla,Vahaba gedir sadağa, bu vəhabi lənətulla.
Filansız bilinirDəyişib dövr nə arvad, nə də ki, qız bilinir,Necə Avropa girib şüura amansız bilinir.
Şalvarımız evdə qalıbBizi çox dərinə çəkmə, arımız evdə qalıb,Üzümüz sürtülüb, həm astarımız evdə qalıb.
Poems by other poets · Separation
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
XitabNə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.