Ərzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.Qəribin qürbətdə dəysən qəlbinə,Barən gözlərindən a yağa, dürüst.

Vəfa edib əsba, ay ara gördüm,Xəncəl kimi bağrım, a yara, gördüm.Qəmdən bu sinəmdə a yara gördüm,Dərd əlindən düşdüm, ayağa dürüst.

Qurban, qıl namazın qəzasın indi,Gör çərxi-dövranın qəzasın indi.Yox qohum-qardaşım, qaza sin indi,Çulğayıb götürə, ay ağa dürüst.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation