Sentyabr gələni gündə tutur yası Bakı,Bakı məktəblisinin yoxdur əlifbası Bakı.

Uzun ilpərdi bu xalq təhsilinin düz yolu yox,həmən o köhnə hamam içrə qalıb tası Bakı.

Necə keçsin bu kişi dərsini qız xaylağına,Razrezindön görünürsə onun ombası Bakı.

Dolların rəngi hopubsa deyirəm testə əkər,Belə tezliklə təmizlənməz onun pası Bakı.

Kasıbın oğlu baxır bublikə həsrət-həsrət,Məmurun oğlu basır bulkiyə kolbası Bakı.

Türk bir yana, meyl etmədəyik ingilisə,Bu son illərdə olub şərqin amerkası Bakı.

Bakının torpağı ehsandı, məqamdır, gəl apar,Sona çatdır ki, çalınsın onun halvası Bakı.

Özünə kim qazanıb gün, bizi salmış bu günə,Qənim olsun ona qoy Həzrəti - Abbas Bakı.

Zamanın Sahiba Kubəmdə zühur eyləyəcək,Bu zaman sirridi pünhandadı mənası Bakı.

10 sentyabr, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland