Haram alıb marağmızı, ağ atlı oğlan hardadır?Aram tutub qırağmızı, ağ atlı oğlan hardadır?

Tox arxasın çəkib gedir, ac ağzını tikib gedir,Soran da yox sorağmızı, ağ atlı oğlan hardadır?

Qızartmışıq yanağmızı, qısaltmışıq balağmızı,Xuda verib talağmızı, ağ atlı oğlan hardadır?

Bu erməni dığasının, əgər başı kəsilməsə,Gəlib kəsər qulağmızı, ağ atlı oğlan hardadır?

Düşüncəmiz saray, maşın, fəqirin atmışıq daşın,Bəyənmərik çolaqmızı, ağ atlı oğlan hardadır?

Gəlin baxın qonağmıza, çıxıb bizim ağacmızaQırıb tökür budağmızı, ağ atlı oğlan hardadır?

Əsilmizi itirmişik, kənarə gen ötürmüşük,Çoxaltmışıq calağmızı ağ atlı oğlan hardadır?

Yuxarıda harın gedir, aşağıda qarın gedir,Vərəm tutub uşağmızı, ağ atlı oğlan hardadır?

Ərəb elində bir sürü, Azərbaycan maralları,Soxub yerə papağmızı, ağ atlı oğlan hardadır?

Çobanların siyasəti, siyasətin çobanları,Alıb bizim çomağmızı, ağ atlı oğlan hardadır?

Nə sənnənik, nə mənnənik, fəqir Məmədhəsənnənik,İtirmişik ulağmızı, ağ atlı oğlan hardadır?

Xəbər çatıbdı Pünhana, gəlib ağ atlı dövrana,O yandırar çırağmızı, ağ atlı oğlan hardadır?

5 fevral, 2002

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets