Mən Qarabağçün yaşadım
Elə zənn eyləmə ki, tək yaşamaqçün yaşadım,Mən elin dərdini gizlin daşımaqçün yaşadım.
Bir ürək dözmədi yüksəklərin alçaqlığına,Ona güc verdi xuda dözməli dağçün yaşadım.
Gözümün qarəsi əşk ilə töküldü varağa,Varağım qarələnincə bu varağçün yaşadım.
Gələcək nəslə həqiqətləri çatdırmaq üçün,Anadan olmayan onlarla uşaqçün yaşadım.
İblisin son gününə xeyli marağım var idi,Allahın hökmü ilə böylə maraqçün yaşadım.
Mən demişdim kişi yox, ölkə papaqnan doludur,Bu mənə yer elədi, bax bu papaqçün yaşadım.
Bir Müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.
Pünhanın bağın alıb zorla keçirtdin adına,Sən bu bağçün yaşadın mən Qarabağçün yaşadım.
23 noyabr, 2001Mərkəzi klinik xəstəxana
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-men-qarabagcun-yasadim
Use ← → keys to move, R for a random poem
More by this author
Bu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..
Bir dənə şirvanı yoxBir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.
Körpəmiz olsun, olmasın?Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
Əntər "obezyan" necədü?Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?
Poems by other poets · Divine love
Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.
Bayram olduBayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.