Pulun göstərir
Get-gedə dövran özü insanların,Dəymişi halında kalın göstərir.
Heç nə yox, ancaq şəhərin qızları,Azərbaycanın halın göstərir.
Xalqının artisti olandan sora,Xalqına şalvarda dalın göstərir.
Kəndi təzəknən qızınan ölkəmiz,Neft kimi dünyaya malın göstərir.
And içərəm, hakim öz övladına,Rüşvətin ən yaxşı yolun göstərir.
Nəmli betondan tutulub dizləri,Dost ona parketli polun göstərir.
Hündür ev inşa eləyən hər adam,Böylə hədis var ki, pulun göstərir.
Öz ərinin razılığıynan demə,Əndamın hər yerdə yalın göstərir.
Səbr elə, Pünhan, yetişir haqq günü,İblis oyunda finalın göstərir.
22 yanvar, 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-pulun-gosterir
Use ← → keys to move, R for a random poem
More by this author
Nə qədər ki, bizə korrupsiya rəhbər kimidir,Qarabağ söhbəti dəryadakı ləngər kimidir.
Sən hacıynan, mən hacıBir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
Gürzə ilannan gedirikBu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..