Laləsiz bağrı yanıqBir yetimi-zarəm mən.

Laləsiz keçsə günümDil tutub ağlaram mən.

Laləsiz lalə kimiBağrımı dağlaram mən.

Laləsiz tufan olub,Sel kimi çağlaram mən.

Laləsiz dərmanı yoxDərdlərə düçaram mən.

Laləsiz zarı-pərişanNecə naçaram mən.

Laləsiz MirvaridinYerdə ayağı durmaz,

Yaralı bir quş olubGöylərə uçaram mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring