Mərmərin canı olsaydı,Hər qəlpəsi qopan zaman,Ağrısından, acısından,Ovulardı, tökülərdi,Toza, çınqıla dönərdi.

Sən isə:Canlı mərmərsən.Qəlpə nədir,İrağ olsun, bir yanını qopartsalar,Nə uf! deyər,Nə də yolundan dönərsən.Təkcə çatılar qaşların,Bir az daha dərinləşərO ağıllı baxışların.Gənc alnına,Bir vaxtsız da qırış düşər,İztirabdan o da:Elə dərinləşər...Dərinləşər...Və bu qədər.

Ömrüm, günüm,Anamıza bir oğul da verdi illər.Oğul bildi səni ellər.

Mənsə elə düşünürəm:Hələ də sən –Anamıza ana deyən,Xalı üstə iməkləyən,Qumral saçlıO körpəsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets