Bir təpə üstündə evimiz vardı,Baharda dövrəsi çiçək olardı.Çiçəklər içində bir yaz günündə,Təkcə oturmuşdum evin önündə.

Yaz yeni girmişdi, səhər günəşiÇəmənlər üstünə şeh ələyirdi,Sanki qulağımda bütün təbiətİlahi nəğmələr bəstələyirdi...Mən onda uşaqdım, nadinc, balaca,Otlar qalxmışdı boyumdan uca,Torpaq elə isti, elə yumşaqdı,Sanki mənim kimi o da uşaqdı.Ot təzə, çiçəklər ləpir-ləpirdi,Günəş məst torpağı öpür-öpürdü,O da mənim kimi xəyalpərəstdi,Mən ondan, o isə günəşdən məstdi.O bahar sübhündə, o gözəl gündə,O isti torpağa qoydum üzümü,Mavi sübh göyünə dikdim gözümü.Birdən heç bilmirəm mənə nə oldu,Ətrafım yeddi rəng işıqla doldu...İşıq selə dönüb qəlbimə axdı...Üzümə qanadlı bir mələk baxdı.O, mənə bir kağız, bir qələm verdi,O gündən həm şadlıq, həm də qəm verdi.Orda ilk şerimi deyib, unutdum,O sehirli gündən bu günə qədər,Kədərli şairlik yolunu tutdum.Mən xalq kədərilə elə zənginəm,Qəm xəzinəsidir açarsız sinəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring