Hanı
Hanı o ürək ki, onu duyaydım,Hanı o nəğmə ki, ona uyaydım,Hanı o çəmən ki, çiçəklərindənBaşıma solmayan bir tac qoyaydım.
Bizim dağ ətirli küləklər hanı?Kasası şeh dolu çiçəklər hanı?Məni uçuşlara qanadlandıranO şirin arzular, diləklər hanı?
Hanı indi mənim o nəğmələrim?Hanı o çəmən ki, gülünü dərim.Gülşən o gülşəndir, çiçəklər hanı?!Nə tez gəldi ömrün bu qış tufanı?!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-hani
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Arzu
Gəlin bu dünyanın gözəlliyiniNəsildən-nəsilə töhfə saxlayaq.
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Bu gün xoşbəxtəmBu gün xoşbəxtliyiməqoy qibtə etsin hamı.
Mən bir susmaz duyğuyam ki(ŞƏRQİ)*Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,